Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün Azərbaycana press-tur keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Bakı şəhəri ilə tanışlıq keçirilib, Dağüstü Park, Xalça Muzeyi, Bayraq Meydanı, İçərişəhər Tarix- Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası, Heydər Əliyev Mərkəzi, Atəşgah Məbədi, Yanardağ, Bakının bir sıra muzey və incəsənət obyektlərinə ziyarət edilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi 29 fevral 2016-cı il tarixində açılmışdır. Nümayəndəliyin əsas fəaliyyəti Azərbaycana turist axının artırılması istiqamətində prioritet ölkələrdən hesab olunan Türkiyədə təbliğat işinin gücləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB