Avropa İttiqaqının "Davamlı turizmin idarəolunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması" (SuToMa) layihəsi çərçivəsində Almaniyanın Vilhelmshaven şəhərində yekun konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əsas tərəfdaşlardan olan Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Tədqiqat və İnkişaf şöbəsinin rəhbəri Şəlalə Məmmədova və adı qeyd edilən şöbənin inkişaf bölməsinin rəhbəri, ATMU-da layihələr koordinatoru Kazım Quliyev təmsil ediblər.
Layihə tərəfdaşları görülən işlər və nəticələr barəsində hesabatla çıxış ediblər.
Layihə rəhbərliyi Yade Tədbiqi Elmlər Universitetinin vitse-prezidenti professor Uve Vaythoner və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Menn layihənin hazırlanmasında və icra olunmasında ATMU-nun rolunu xüsusi qeyd ediblər.
Tədbirin sonunda gələcək əməkdaşlıq üçün yeni fikirlər irəli sürülüb, həmçinin, ATMU və Gürcüstanın İlia Dövlət Universiteti arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu işlənib hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB