Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndə heyəti Türkiyə Respublikasının Kastamonu şəhərində Kastamonu və ATMU-nun birgə təşkilatçılığı ilə keçirilən "1-ci Türkiyə - Azərbaycan beynəxalq münasibətlər" simpoziumunun iştirakçısı olub. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə ATMU-nun rektoru professor Cəfər Cəfərov başçılıq edib.
Simpoziumun açılışında Kastamonu Universitetinin rektoru Prof. Dr. Seyit Aydın və ATMU-nun rektoru Cəfər Cəfərov geniş məruzə ilə çıxış ediblər. Rektor bildirib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var: "Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir".
ATMU və Kastamonu Universiteti arasında bü günədək olan əməkdaşlığı detallı şərh edən rektor tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ATMU 2013 – cü ildən həm Mevlana Mübadilə proqramı çərçivəsində, həm də digər bir müqavilə ilə iki universitetlə əməkdaşlıq edir: "Mevlana Mübadilə proqramı çərçivəsində Kastamonu Universitetinin müəllimi Müharrem Avcı ATMU-da müvafiq ixtisaslar üzrə bir sıra fənləri tədris edib. Öz növbəsində universitetin "Turizm və qonaqpərvərlik" fakültəsinin "Turizm və otelçilik" ixtisası üzrə tələbəsi İrşad Zaməddinli Mevlana proqramı çərçivəsində Kastamonu universitetində 1 semestr təhsil alıb. Bu ilin1-ci tədris semestrində ATMU-nun daha 5 nəfər tələbəsinin Mevlana Mübadilə proqramındankənar, 2 nəfərin isə Mübadilə proqramı çərçivəsində Kastamonu Universitetində təhsil alması nəzərdə tutulub.
Rektor C.Cəfərov "1-ci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər" mövzusuna həsr olunan simpoziumu iki ölkə arasında əlaqələrin faydalı davamı kimi dəyərləndirib.
Qeyd edək ki, "2-ci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər" mövzusuna həsr olunan simpoziumun ölkəmizdə 2016-cı ilin payızında keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB