Teatrın direktoru beynəlxalq müsabiqədə münsif olacaq

Əliqismət Lalayev Beynəlxalq müsabiqəyə yola düşüb

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Rusiya Federasiyasının Yekaterinburq şəhərinə yola düşüb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər SSRİ xalq artisti Vladimir Kuroçkin adına "Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi"nin Təşkilat Komitəsinin dəvəti ilə baş tutub. Belə ki, Ə. Lalayev bu nüfuzlu Beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, Qerard Vasilyev adına Operetta Janrının Qorunub Saxlanması və İnkişafı Fondu, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir.

Münsiflər heyətində Fransa, Almaniya, Belarus, Rusiya kimi dövlətlərin dünya şöhrətli musiqili teatr sənətçiləri təmsil olunur. Məhşur sənət adamlarının üzv olduğu heyətin rəhbəri Rusiyanın xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

"Vokal və səhnə sənəti" nominasiyası üzrə keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər.

Qeyd edək ki, müsabiqə 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə