“Xan Şuşinski adına III Respublika muğam festivalı” keçirilir FOTOLAR
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz iş planına uyğun olaraq, görkəmli muğam ifaçısı Xan Şuşinskinin anadan olmasının 115 illiyinə həsr edilmiş elmi konfrans və bədii təhsil müəssisələrinin şagirdləri arasında "Xan Şuşinski adına III Respublika muğam festivalı" keçirir. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, festivalın əsas məqsədi ustad sənətkar Xan Şuşinskinin xatirəsinin əbədiləşdirilməsi, onun muğam ifaçılığı üslubunun təbliğ olunması, eləcə də respublikada muğam təhsilinin inkişafı, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsindən ibarətdir.
Festival iştirakçılarının dinlənilmələri 13-17 may tarixlərində Bakı şəhəri V. Mustafazadə adına 2N-li Uşaq İncəsənət Məktəbində baş tutacaq.
Festival 1 turdan ibarət olub, 2 qrup üzrə (I qrup – uşaq musiqi, incəsənət məktəbləri şagirdləri - II-V siniflər, II qrup –11 illik musiqi məktəblərinin yuxarı sinif şagirdləri - VIII-XI siniflər, musiqi kolleclərinin I-IV kurs tələbələri) üzrə keçirilir. Festivala respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərindən, musiqi və hümanitar kolleclərdən 220-ə yaxın uşaq və gənc qatılıb.
İştirakçıların çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, xalq artisti Aygün Bayramovanın sədrliyi ilə Azərbaycan Milli Konservatoriyanın müəllimi, xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, xalq artisti Zabit Nəbizadə, Azərbaycan Milli Konservatoriyanın müəllimi, əməkdar artist Firuz Səxavət, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirəcək.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən festivalda uğurlu çıxışlara görə Qran Pri, I, II, III dərəcəli diplomlar, fəxri fərmanlar, tərifnamələr və müvafiq hədiyyələr təsis olunub.
Qeyd edək ki, festivalın yekun konserti 27 mayda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.



.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB