Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Xaçmaza qastrol səfərinə yollanacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yaradıcı kollektiv mayın 16-da xaçmazlı teatrsevərlərə yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasını təqdim edəcək.
İkihissəli dram əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki dostun görüşündən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB