Hollivudun məşhur cütlüyündən örnək addım

Hollivudun məşhur cütlüyündən örnək addım

Hollivudun məhşur cütlüyü Anjelina Joli və Bred Pitt Kambocada yaşayan 12 uşaqlı ailəyə yardım edib. SİA-nın Anadolu Agnetliyinə istinadən verdiyi xəbərə görə, rejissorluğunu etdiyi "Öncə atamı öldürdülər" filminin çəkilişləri üçün keçən il ailəsi ilə birgə Kambocaya səfər edən aktrisa Siem Reap kəndində, uçulmuş komada yaşayan ailənin uşaqlarının təhsil haqqını öz üzərinə götürüb.

Jolinin qızları Şilo və Zahara ilə ailənin 16 yaşlı qızı Leyda Şoun və qardaşları küçədə dilənərkən tanış olublar.

Uşaqlar arasında yaxın dost münasibətlərinin yarandığını görən cütlük ailənin evini ziyarət edərək, maddi yardım göstəriblər. Onlar səkkiz uşağın adını ölkənin ən yaxşı təhsil ocağı sayılan New York Beynəlxalq Məktəbinə yazdıraraq bütün təhsil xərclərini ödəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə