Şamaxıda hüquqi-maarifləndirici seminar keçirilib FOTOLAR

Şamaxıda hüquqi-maarifləndirici seminar keçirilib FOTOLAR

Şamaxı rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin iş planına əsasən, regionlarda fəaliyyət göstərən mədəniyyət işçiləri üçün hüquqi-maarifləndirici seminar keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Şamaxı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfail Tağızadə, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekan müavini, İnsan hüquqları və İnformasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi Gülnaz Ələsgərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Hüquq sektorunun müdiri Günay Süleymanova və Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir dövrdə hüquqi-mədəni maarifləndirmə işinin mərkəzində yerli normativ aktlarla yanaşı, beynəlxalq öhdəliklərin də dayandığı şübhəsizdir. Məhz buna görə də, hüquqi maarifləndirmənin daha geniş təbliğ edilməsi bu qanunlar haqqında məlumatlı olmağımızla bağlıdır. Mədəniyyət haqqında qəbul edilən qanunların bu sahədə fəaliyyət göstərən əməkdaşlara, o cümlədən gənclərə təbliğ edilməsi məqsədilə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə