İstedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin əsərlərindən ibarət kataloq Vatikanın Mədəniyyət Nazirliyinə təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, Roma Papasının mədəniyyət və idman məsələləri üzrə səlahiyyətli nümayəndəsi Monsinyor Sancoz Toca Alameyda kataloqla tanış olub, gənc rəssamın əsərləri haqqında xoş təəssüratlarını bildirib. O, Məryəm Ələkbərlinin rəssam təxəyyülünə heyran qaldığını deyib: "Bu gənc qızın böyük fitri istedadı və rəssamlıq qabiliyyəti insanı valeh edir. Tanrı tərəfindən nadir istedad bəxş olunan bu gəncin əsərlərindən axan müqəddəslik izləyiciyə saflıq, paklıq ərməğan edir. Əsərlərindəki əlvan, isti rənglər onun daxili aləminin məsum və paklığının təcəssümü olaraq qarşımıza çıxır. Cənnət ab-havası qoxuyan bu əsərlər insanı müqəddəslik, iman, etiqad kimi ilahi xüsusiyyətlərlə yaşamağa səsləyir, kainatın yaradıcısı olan Allaha ibadətə dəvət edir".
Görüşün sonunda S.T.Alameyda M.Ələkbərlinin əsərlərindən ibarət kataloqu Roma Papasına təqdim edib, bu sənət əsərinin Müqəddəs Taxt-Tacın Mədəniyyət Nazirliyində qorunub saxlanacağını vurğulayıb.
Qeyd edək ki, səlahiyyətli nümayəndə birinci Avropa Oyunları zamanı Bakıda Vatikanı təmsil etdiyini də diqqətə çatdırıb. Növbəti dəfə Vatikanı ziyarət edəcəyi zaman gənc rəssamla görüşəcəyini, onun yaradıcılığı ilə daha yaxından tanış olacağını söyləyən S.T.Alameyda yaxın gələcəkdə Müqəddəs Taxt-Tacla birgə Məryəmin sərgisinin təşkili haqqında düşündüklərini bildirib.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB