"Sən elə bil zirvəsən" FOTOLAR

Sumqayıt Şəhər Mədəniyyət Evində C.Cabbarlı adına Mədəniyyət Evi ilə birgə "Sən elə bil zirvəsən" adlı ədəbi-musiqili kompozisiya keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə "Qarabağ" və Böyük Vətən müharibəsi veteranları, şairlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Dövlət himninin ifası ilə başlanan tədbirdə Ulu Öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib.

Tədbirdə "Gənclər" xalq çalğı alətləri ansamblının çıxışı, "Veteranlar" xalq xorunun ifasında "Bu qələbə günüdür" akapellası, bədii qiraət dərnəyinin üzvlərinin ifasında Z.Yaqubunun "Sən qalib gələcəksən" şeiri, özfəaliyyət dərnəyinin üzvləri Tünzalə Məmmədovanın ifasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam", İlkin Əlizadənin ifasında "Marş", Pənah Hüseynovun ifasında "El bilir ki, sən mənimsən", Vüsal İsgəndərovun ifasında "Vətən yaxşıdır" mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, tədbirdə C.Cabbarlı adına Mədəniyyət Evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi və Nizami Gəncəvi adına kitabxana klubunun təşkil etdiyi kitablar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə