Miniatür Kitab Muzeyi tərəfindən hazırlanan "Ramiz Quliyev: Səslən, tarım" miniatür kitabı çapdan çıxıb. SİA-nın verdiyi xəbərə görə, kitabda xalq artisti, dövlət mükafatı laureatı, professor Ramiz Quliyev sənəti haqqında dünyanın məşhur musiqişünas alimlərindən əlcəzairli Əl Səid Ciddinin, fransız Jan Durinqin, amerikalı İzaliy Zemtskovskinin, Almaniya Ənənəvi Musiqi Şurasının prezidenti E.Ştokmanın, eləcə də ölkəmizin korifey sənətkarlarından bir çoxunun ürək sözləri yer alıb.
Nəşrdə diqqəti çəkən yazılardan biri Ariz Abduləliyevin 2014-cü ildə "Musiqi dünyası" jurnalının 3-cü nömrəsində dərc edilmiş "Ramiz Quliyev. Azərbaycan Dövlət Mükafatına layiq görülən ilk professional tar ifaçısı" məqaləsidir. Burada Azərbaycan tar ifaçılığı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vurğulanıb. Həmçinin, xalq artisti, professor Ramiz Quliyevin qədim və ulu tar ifaçılıq ənənələrimizin layiqli davamçılarından biri olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, miniatür kitabda xalq şairi Bəxtiyar Vahabzadənin "Ürək sözlərim", akademik Vasim Məmmədəliyevin "Çağdaş Azərbaycan tar ifaçılığının zirvəsi", xalq artisti Vasif Adıgözəlovun "Ustad tarzən", xalq artisti Azər Rzayevin "Ramiz çalğısının sədası" məqalələri, Ramiz Quliyevə həsr edilmiş şeirlər də dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB