ASSİTEJ-Azərbaycan Milli Mərkəzi dünya mətbuatında FOTOLAR

ASSİTEJ-Azərbaycan Milli Mərkəzi dünya mətbuatında FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in may ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub. Belə məlumatlar ASSİTEJ-in üzvü olan dünyanın 108 aparıcı ölkələrinə yayılır.

Məlumat üçün bildiririk ki, Dövlət Gənc Tamaşaçılar Teatrı may ayının əvvəllərində Türkiyə Cumhuriyyətinin Trabzon şəhərində keçirilmiş XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında M.Vişnekin "Qoca kloun" tamaşası ilə uğurla iştirak edib, may ayının 21-29-dək Moskva vilayətinin Lobnya şəhərində keçiriləcək "Rus klassikası" Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun "Dəlinin qeydləri" mono-tamaşası ilə, may ayının 28-dən – iyun ayının 2-dək Birləşmiş Krallığın paytaxtı London şəhərində keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan", may ayının 27-dən – iyun ayının 2-dək Rusiya Federasiyası Orenburq vilayətində baş tutacaq "Гостиный двор" VIII Beynəlxalq Teatr Festivalında L.Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşaları ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə