Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "LİDER" televiziyasının lentə aldığı "Unudulmaz" sənədli filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, öncə Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışını edən ekran əsərinin müəllifi və prodüseri Elnur Niftəliyev bildirib ki, film Ulu Öndərin ömrünün son illərinə həsr olunub: "Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında bir çox sənədli, bədii filmlər lentə alınıb, ədəbi əsərlər, məqalələr yazılıb. Lakin "Unudulmaz" filmi ilə tamaşaçılar Ulu Öndərin ABŞ-ın Klivlend xəstəxanasında müalicə aldığı dövrlərini izləmək, Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış olmaq imkanını əldə edəcəklər.
Filmi lentə almaq üçün yaradıcı kollektivlə birgə ABŞ-a yollananda fərqli qarşılanacağımızı düşünürdük. Amerikalıların soyuqqanlı millət olduğunu nəzərə alaraq, hesab edirdik ki, qarşıda bizi çətinliklər gözləyir. Lakin Klivlend xəstəxanasında Ümummilli Liderin sağlıq problemləri ilə məşğul olan işçi personalının Onun haqqında söylədikləri səmimi fikirləri bizi heyrətləndirdi. Demək ki, Ulu Öndər amerikalıların da qəlbinə yol tapmağı bacarmışdır".
Daha sonra filmin nümayişi başlayıb.
Qeyd edək ki, insanların indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu ekran əsərində Ümummilli Liderin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamlar yer alıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB