Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gənclərin bədii yaradıcılıq festivalının yekunu ilə bağlı konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə keçirilən festival Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
Müsabiqə iki mərhələdə keçirilib. Festivala Azərbaycanın 24 ali təhsil ocağından 1000-dən çox tələbə qatılıb. Ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib.
Konsertdə festival iştirakçıları olan tələbə kollektivlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və milli rəqsləri təqdim olunub.
Qeyd edək ki, əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, Azərbaycan mədəniyyəti və incəsənətinə marağın artırılmasına, yeni istedadların üzə çıxarılmasına xidmət etmək olan qaliblərin adları yaxın zamanlarda elan olunacaq, festivalın təşkilatçıları tərəfindən pul mükafatları və diplomlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB