Ümummilli Liderin doğum günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Ümummilli Liderin doğum günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Tarixi Muzeyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edib.

Sonra qonaqlara Teatr Muzeyi tərəfindən hazırlanmış, Heydər Əliyevin mədəniyyətimizə, tariximizə göstərdiyi diqqət və qayğını əks etdirən video-çarx təqdim olunub.

Bədii hissədə Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbə və şagirdlərinin ifasında əsərlər səslənib. Həmçinin, tamaşaçılara "İçərişəhər" Tarixi Muzeyinin "Ümummilli Lider Heydər Əliyev" adlı sərgisi təqdim edilib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bir qrup müdavim və müəllim heyəti, Bakı muzeylərinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə