Balakəndə Ulu Öndərin doğum günü qeyd olunub

Balakəndə Ulu Öndərin doğum günü qeyd olunub

Balakən rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, öncə rayon ictimaiyyəti, müəssisə rəhbərləri yeni tərtibat işləri aparılmış Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı ilə tanış olaraq, Ulu Öndərin büstü önünə tər çiçəklər qoyublar.

Mədəniyyət Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İ. Rzayev açıb, sonra Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş. Hacıyeva "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" başlığı altında məruzə ilə çıxış edib.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin və H. Əliyev Mərkəzində fəaliyyət göstərən bədii-qiraət dərnəyinin üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş şerlər səslənib, H. Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə