Elmi-Metodiki Mərkəz Mingəçevirdə seminar keçirib FOTOLAR

Elmi-Metodiki Mərkəz Mingəçevirdə seminar keçirib FOTOLAR

Mingəçevir Turizm Kollecində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planında nəzərdə tutulmuş "Regionlarda mədəniyyət sahəsi üzrə ixtisaslaşmış KİV nümayəndələri ilə seminarlar" çərçivəsində "Turizm – mədəniyyətimizin müasir təbliğat strategiyası" mövzusunda interaktiv seminar, habelə Mərkəzin rəsmi saytının və "Facebook" səhifəsinin təqdimatı keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun, müəllim və tələbə heyətinin, tanınmış KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirin keçirilməsi məqsədi mədəniyyətimizin təbliğində regional KİV nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması, genişləndirilməsi və gənclərin turizm və mədəniyyətimizə daha yaxın olub onların fəal təbliğatçıları olmasıdır.

Tədbir zamanı mövzu ətrafında Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdiri Sənan Talıbov və digərləri çıxış ediblər.

Təqdimat mərasimində Mərkəzin saytı və "Facebook" səhifəsinin xəbərlərindən faydalanmaqdan, əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən, müasir dövrdə milli irsimizi, mədəniyyətimizi əlverişli şəkildə təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyətindən danışılıb.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin iştirakı ilə interaktiv nümayiş göstərilib.

Tədbirin sonunda Mərkəzin direktoru tərəfindən kollecin rəhbərinə tədbirin keçirilməsində yaratdığı şəraitə görə təşəkkürnamə məktubu və Diplom təqdim edilib.

Qeyd edək ki, tədbirdə eyni zamanda, tanınmış KİV nümayəndələri və seminarda fəal iştirak edən tələbələr təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə