Belarusiyanın xalq artisti muzeyin qonağı olub FOTOLAR

Belarusiyanın xalq artisti muzeyin qonağı olub FOTOLAR

Belarus Respublikasının xalq artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun müşayiəti ilə Niyazinin mənzil-muzeyini ziyarət edib.

Muzeydən SİA-ya verilən xəbərə görə, qonağa maestronun həyat və yaradıcılığı, musiqi mədəniyyəti tarixində əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verilib.

Muzeyə heyranlığını bildirən Vyaçeslav Voliç öz təəssüratlarını müəssisənin "Qonaqlar kitabı"nda qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə