Millimiz FİFA reytinqində irəlilədi bir addım

Millimiz FİFA reytinqində irəlilədi bir addım

Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. 209 yığmanın yer aldığı siyahıda Azərbaycan millisi bir pillə irəliləyib.

Ötən ay 134-cü pillədə qərarlaşan Robert Prosineçkinin komandası aprelin əvvlindən bu yana heç bir oyuna çıxmasa da, 269 xalla 133-cü pillədədi.

Yığma komandamızın irəliləyişinə səbəb Küveytin 14 pillə geriləyərək 140-cı pilləyə düşməsidi.

İlk "10-luq"

1. Argentina – 1532

2. Belçika – 1364

3. Çili – 1353

4. Kolumbiya – 1337

5. Almaniya – 1309

6. İspaniya - 1277

7. Braziliya – 1261

8. Portuqaliya – 1184

9. Uruqvay - 1158

10. İngiltərə - 1069

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə C qrupundakı rəqibləri:

5. Almaniya – 1309

26. Şimali İrlandiya - 825

29. Çexiya - 810

49. Norveç - 605

200. San-Marino – 20

Bütün xəbərlər Facebook səhifəmizdə