Elmi-Metodiki Mərkəz üzrə İşçi qrupunun ilk iclası keçirilib

Elmi-Metodiki Mərkəz üzrə İşçi qrupunun ilk iclası keçirilib

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Vikipediya açıq ensiklopediya" internet resursu ilə əlaqədar informasiya təminatı və mübadiləsi işlərinin aparılması üzrə işçi qrupunun ilk iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "Vikipediya açıq ensiklopediya" internet resursunda öz əksini tapa biləcək təxribat xarakterli və təhrif olunmuş məlumatların, o cümlədən, milli mədəniyyət nümunələrimizin mənimsənilmə cəhdlərinin aşkar olunması kimi məsələlər yaradılmış İşçi qrupunun əsas vəzifələrindən olacaq. Belə ki, informasiya mənbələrinin çoxluğu, qaçılmaz qloballaşma prosesləri, yüksək texnologiyaların inkişafı, virtual məkanın təsiredici aktuallığı, habelə sosial şəbəkələrin cərəyan edən ictimai proseslərə təsir etmək imkanlarını nəzərə alaraq, müasir informasiya texnologiyalarının və kreativ üsulların tətbiqi kimi məsələlər olduqca aktualdır.

Bütün xəbərlər Facebook səhifəmizdə