"Dərs" tammetrajlı bədii filmi 23 iyun-2 iyul tarixlərində keçirilən 34-cü Münhen Film Festivalının "Kinderfilm" bölümündə nümayiş olunacaq. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, ekran əsərinin nümayişi 27-30-iyunda "Qasteyq" Mədəniyyət Mərkəzində baş tutacaq.
Qeyd edək ki, "Dərs" filmi 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Ekran əsəri məktəb həyatından, yeniyetmələrin qarşılıqlı münasibətindən, dostluğa və həyata baxışlarından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müfiq Hətəmovdur.
Qeyd edək ki, ekran əsərində baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB