Turizm potensialının inkişafı üçün daha bir addım atılıb

Turizm potensialının inkişafı üçün daha bir addım atılıb

Əsas məqsədi Azərbaycana beynəlxalq sərmayələrin cəlb olunması və ölkəmizin biznes turizminin təbliği olan Azərbaycan Konqreslər Bürosu öz üzvləri üçün bazarı öyrənmək məqsədi ilə "Middle East Market Insights" adlı tədbir təşkil edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yaxın Şərq və Hindistan Bazarına həsr olunan seminarda beynəlxalq ekspert Vassilis Theocharides, Qatar Airways Azərbaycan nümayəndəliyinin üzvü və büronun satış və marketinq üzrə meneceri Anar Narimanov öz bilik və təcrübələri ilə bölüşüblər.

Tədbirdə həmçinin, həmin bazardan olan alıcıların xüsusiyyətləri, imkanları və bir çox digər aspektlər müzakirə olunub. Seminarda iştirak edən büro üzvləri də bu bazarla çalışdıqları zaman qazandıqları təcrübəni iştirakçılar ilə paylaşıb.
Qeyd edək ki, dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən büronun tədbiri təşkil etməkdə əsas məqsədi Azərbaycanın turizm potensialının tanınması vasitəsilə daha çox investisiyanın cəlb olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə