Milli balet sənətimizin yeni nəslinin istedadlı nümayəndəsi, Azərbaycanın xalq artisti, Respublika Prezidentinin fəxri mükafatçısı, "Qızıl dərviş" və "Zirvə" mükafatlarının laureatı Kamilla Hüseynova mayın 11-də N.Rimski-Korsakovun "Şəhrizad" baletinin tamaşasında Zübeydə rolunda sonuncu dəfə səhnəyə çıxacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, 1996-cı ildə Bakı Xoreoqrafiya Məktəbinin məzunu kimi Opera və Balet Teatrının balet truppasına qəbul edilən Kamilla 20 il ərzində truppanın aparıcı solisti olub, repertuarda olan bütün milli və klassik tamaşalarda əsas partiyaları yüksək ustalıqla ifa edib. Azərbaycanlı baletsevərlərlə yanaşı, onun çıxışlarını bir sıra xarici ölkələrin teatr səhnələrində - Rusiya Akademik Böyük Teatrı (Moskva), Mariinski adına Opera və Balet Teatrı (Sankt-Peterburq), İstanbul və Ankara, Paris və Strasburq, Belarus Akademik Böyük Opera və Balet Teatrının (Minsk) tamaşaçıları heyranlıqla izləyiblər.
Kamilla teatr səhnəsində yüksək peşəkarlıq, artistizm, ehtiras və məhəbbətlə Şəhrizad ("Min bir gecə"), Gözəllər gözəli ("Yeddi gözəl"), Tomris ("Rast"), Baycan ("Eşq və Ölüm"), Zübeydə ("Şəhrizad"), Gülyanaq ("Qız qalası"), Leyli ("Leyli və Məcnun" – Q.Qarayev) və onlarla başqa obrazlar yaradıb.
Qeyd edək ki, sənətinin əsl zirvəsində olan K. Hüseynova artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, teatrdan uzaqlaşmayacaq. O hazırda teatrın balet truppasının, eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB