Həmyerlimiz beynəlxalq festivalda münsif olacaq

Həmyerlimiz beynəlxalq festivalda münsif olacaq

Azərbaycanlı rejissor Elçin Musaoğlu Türkiyədən dəvət alıb. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, həmyerlimiz 12-16 may tarixlərində İstanbulda keçiriləcək "8th TRT Documentary Awards" festivalına münsiflər heyətinin üzvü olacaq.

Qeyd edək ki, Elçin Musaoğlunun "40-cı qapı" və "Nabat" tammetrajlı bədii filmləri dünyanın nüfuzlu film festivallarının müsabiqə proqramlarında iştirak edib və bir sıra mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə