Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni layihəsinə əsasən yaradılmış Sabunçu rayonu Asudə Vaxt Mərkəzinin açılışı baş tutub. İdarədən SİA-ya verilən xəbərə görə, qurumun rəis müavini Nazim Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdikdən sonra qonaqlar Mərkəzlə tanış olublar.
Mərkəzin direktoru Mehriban Bayramova tədbir iştirakçılarını qurumda fəaliyyət göstərəcək dərnək və kurs otaqları ilə tanış edib.
Yeni yaradılan müəssisənin fəaliyyətinin məqsədi "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının uğurla həyata keçirilməsini, bilikli, peşəkar, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdan, əhalinin mədəniyyət, təhsil, səhiyyə, sosial sahələrində maraqlarını təmin etməkdən ibarətdir.
Mərkəzin gənclərin asudə vaxtının səmərəli təşkil olunması, dərnək və kursların yaradılması, yeniyetmələrin bilik və bacarıqlarının inkişafı, elmə həvəsləndirilməsi, həmçinin, hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılması kimi fəaliyyət növləri mövcuddur.
Qeyd edək ki, yaxın zamanlarda növbəti Asudə Vaxt Mərkəzinin Yasamal rayonunda və il ərzində Bakının digər rayonlarında yaradılması nəzərdə tutulub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB