Azərbaycan Turizm və Menecment Universitetində Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 93-cı ildönümünə həsr olunmuş gənc tədqiqatçıların "Azərbaycan turizmi: bu gün və sabah" mövzusunda V Respublika elmi-praktiki konfransı keçiriləcək. ATMU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 7 may saat 10:00-da baş tutacaq konfransda Azərbaycan turizminin inkişaf xüsusiyyətləri, regionların turizm ehtiyatları, turizmin menecmenti və marketinqi mövzusunda fikir mübadiləsi aparılacaq.
Plenar iclasda ATMU, ADİU, "Naxçıvan" Universiteti, "Qafqaz" Universiteti, ADMİU, ATU-nu təmsil edən 51 məruzəçinin dinlənilməsi planlaşdırılıb.
Yekun plenar iclasda bölmə sədrlərinin çıxışları dinləniləcək və məruzəçilərə sertifikatlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB