Xalq artistinin 78 yaşı tamam olur FOTOLAR

Xalq artistinin 78 yaşı tamam olur FOTOLAR

Bu gün Azərbaycan kinosunda və səhnəsində özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, aktyor 1938-ci il mayın 3-də Bakıda doğulub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunub. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən sənətkar bu illər ərzində teatr və televiziya tamaşalarında İldırım ("Atayevlər ailəsi"), Cavanşır bəy ("Şərqin səhəri"), Qaşqay ("Alov"), müəllim ("Yadigar") kimi bir-birindən maraqlı obrazlar yaradıb.

Kamal Xudaverdiyev eyni zamanda, kinoda da öz sözünü deyən sənətkarlardan olub. O, "Dədə Qorqud", "Əlvida cənub şəhəri", "Şahid qız", "Qəzəlxan", "Qatır Məmməd", "İstintaq davam edir", "Nəsimi" kimi milli kinomuzun incilərində unudulmaz aktyorluq məharəti göstərib.

Xalq artisti 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə