Dünyanın nüfuzlu xəbər telekanalı "Euronews"da Şəki şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bu çərçivədə keçirilən festival barədə kadrlar nümayiş edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə "Euronews" müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.
Qeyd edək ki, Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan "Qala divarları"nın içərisində "Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016" ilinin təntənəli açılış mərasimi olub.
Reportaja aşağıdakı link vasitəsilə baxmaq mümkündür:
http://www.euronews.com/2016/05/02/azeri-city-of-of-sheki-is-cultural-capital-of-turkic-world/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB