Elmi-Metodiki Mərkəzlə ATMU arasında görüş keçirilib FOTOLAR

Elmi-Metodiki Mərkəzlə ATMU arasında görüş keçirilib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə ATMU arasında mədəni irsin və turizm potensialının inkişafına, təbliğinə və tanıdılmasına xidmət edən tədbirlərin görülməsi sahəsində imzalanmış Anlaşma Memorandumun isti izləri ilə ilk görüş keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirdə ATMU-nun müəllim-professor heyəti ilə yanaşı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları da iştirak edib.

Görüşdə mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanları və qarşılıqlı maraqları istiqamətində ilk addımlar müzakirə olunub.

Aparılmış müzakirələrin nəticəsində, yeni mədəni-turizm xidmətlərinin kəşf edilməsi məqsədi ilə regionlardakı "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun üzvləri üçün təlimlərin keçirilməsi ilə bağlı 3-4 mərhələdən ibarət pilot proyekti təqdim edilməsinə və gələcək həftələrdə növbəti işgüzar görüşdə təsdiq edilməsinə qərar verilib.

Qeyd edək ki, növbəti mərhələlərdə görüşlər eyni zamanda, turizm sənayesinin üzvlərinin iştirakı ilə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə