Tofiq Hüseynov: "Ümid edirəm ki, bu xəstəlikdən sağ-salamat xilas olacam" AÇIQLAMA

Tofiq Hüseynov: "Ümid edirəm ki, bu xəstəlikdən sağ-salamat xilas olacam" AÇIQLAMA

"Mədəmdə hiss etdiyim ağrı ilə bağlı həkimə müraciət etdikdə, xərçəng olduğum bilindi". Bu sözləri SİA-ya əməkdar artist Tofiq Hüseynov deyib. O, yaxın günlərdə əməliyyat olunacağını bildirib: "Hazırda Bakı Şəhər Onkoloji Dispanserdə həkimlərin nəzarəti altındayam. Bir neçə günə əməliyyat olunacağam. Azərbaycan həkimlərinə güvənirəm. Ümid edirəm ki, bu xəstəlikdən sağ-salamat xilas olacam və çalışdığım Akademik Milli Dram Teatrında fəaliyyətimi davam etdirəcəm".

Qeyd edək ki, Tofiq Hüseynov 1949-cu ildə anadan olub. O, 2001-ci ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda Komisyonçu (N.Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H.Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B.Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C.Məmmədquluzadə, "Ölülər") kimi obrazlar yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə