Azərbaycan kinosuna ağrı itki üz verib

Azərbaycan kinosuna ağrı itki üz verib

Azərbaycan kinosuna ağır itki üz verib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasından SİA-ya verilən xəbərə görə, kinoprodüser, əməkdar mədəniyyət işçisi Xanlar Cəfərov 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirib. Universitetdə təhsil alarkən 1969-cu ildən etibarən, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində çalışıb.

Əsasən, sənədli filmlərin prodüseri kimi çalışan kino işçisi 1988-ci ildən başlayaraq, "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru vəzifəsində işləyib.

O, 2001-ci ildən "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Xanlar Cəfərov Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə