Məşhur cazmen dünyasını dəyişdi FOTOLAR

Məşhur cazmen dünyasını dəyişdi FOTOLAR

Ukraynanın məşhur caz ifaçısı Yuriy Kuznetsov 63 yaşında dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, gecə yarısı vəfat edən müğənni uzun müddətdir ankoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Yuriy Kuznetsov 11 iyul 1953-cü ildə Odessada anadan olub. Orta məktəbi bitirdikdən sonra Odessa Konservatoriyasının fortepiano ixtisasına qəbul olub. Cazmen 1979-cu ildən etibarən, bitirdiyi Universitetdə pedaqoji fəaliyyət göstərib.

Müğənni 1973-cü ildən başlayaraq, silsilə konsertlər verməyə başlayıb. 1997-ci ildə "Yüksək Musiqi Klubu"nu yaradıb.

O, 2000-ci ildə təşkil olunan "Odessada Caz-karnaval" beynəlxalq festivalının yaradıcı olub. Kuznetsov 2011-ci ildən vəfat etdiyi günə kimi "Odessa Jazz Fest" beynəlxalq caz festivalına rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə