Rəssam qardaşların birgə sərgisi gerçəkləşəcək

Rəssam qardaşların birgə sərgisi gerçəkləşəcək

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə, Fəxrəddin və Kamil Qəhrəmanlı qardaşlarının "Bahar" adlı yaradıcılıq sərgisinin açılışı gerçəkləşəcək. SİA-nın verdiyi xəbərə görə, mayın 11-i saat 18:00-da keçiriləcək sərgidə rəssamların müxtəlif janrlarda rəsm əsərləri nümayiş olunacaq. Açılış mərasimi Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə