Müasir İncəsənət Mərkəzində balaca rəssam Dərin İmanlının "Dünyaları yaradarkən" adlı fərdi sərgisi nümayiş olunacaq. SİA-nın verdiyi xəbərə görə, mayın 6-da açılışı olacaq sərgidə rəssamın müxtəlif mövzuda çəkdiyi 40-dək əsər təqdim olunacaq. Qonaqlar rəssamın sulu boya, yağlı boya ilə çəkdiyi rəsmlər, modelləşdirmə işləri, həmçinin, tullantı materiallarından hazırlanmış əsərləri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, bu, rəssamın ilk fərdi sərgisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB