“Tələbə baharı" festivalının qalibləri açıqlanıb FOTOLAR

“Tələbə baharı" festivalının qalibləri açıqlanıb FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi baş tutub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 13-16 aprel tarixlərində festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.

Festivalın qaliblərinin siyahısını təqdim edirik:

Klassik estrada nominasiyası üzrə:

Ənvər Məmmədhəsənov-I yer

Zərrin Mahmudzadə-II yer

Nigar Hüseynli-III yer

Orxan Əlizadə-III yer

Müasir estrada nominasiyası üzrə:

Məhəmməd Osmanov-I yer

Sərvər Əsədzadə-II yer

Nigar Qasımova-III yer

Vokal nominasiyası üzrə:

Aslan Əzimzadə-I yer

Kənan Əzimov-II yer

Musa Abdullayev-III yer

Xalq mahnıları nominasiyası üzrə:

Aysel Hacıyeva-I yer

Aynur Nüsrətli-II yer

İdris Səlimov-III yer

Pop nominasiyası üzrə:

Rəhilə Məmmədzadə-I yer

Türkan Əliyeva-I yer

Coşqun Çələbizadə-II yer

Cavid Hüseynli-II yer

Cümşüd Kərimli-II yer

Rok nominasiyası üzrə:

Cəmil Hüseynli-II yer

Nərgiz Umarova-III yer

Milli rəqslər nominasiyası üzrə:

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti " Gənclik" rəqs ansamblı-I yer

Azərbaycan Dillər Universitetinin rəqs ansamblı-I yer

Bakı Dövlət Universitetinin rəqs ansamblı-II yer

Sumqayıt Dövlət Universitetinin rəqs ansamblı-III yer

Qafqaz Universitetinin rəqs ansamblı-III yer

Müasir rəqslər nominasiyası üzrə:

Xəzər Universitetinin rəqs ansamblı-I yer

Odlar Yurdu Universitetinin rəqs ansamblı-I yer

Azərbaycan Dövlət İqtisad Universitetinin rəqs ansamblı-III yer

Solo və duet rəqslər nominasiyası üzrə:

Vəfa Məmmədova-I yer

Təhminə Quliyeva-II yer

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müasir rəqslər qrupu-II yer

Minayə Ramazanova-III yer

Festivalın laueratı:

Qafqaz Universitetinin xor kollektivi

Final mərhələsinin sonunda festivalın nominantlarına Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təsis etdiyi diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən, ali təhsil müəssisələrinin tələbələri arasında hər il "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilir. Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir.

Festival bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynayıb. Məhz, 2009-cu ildə Eurovision mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə; 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində qələbə qazanan Eldar Qasımov "Tələbə baharı" festivalının iştirakçısı və qalibi olublar.

2011-ci ildən etibarən "Tələbə baharı" Ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə