ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın həyatından bəhs edən "Reyqan" filmi çəkiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, komediya janrlı ekran əsərində baş qəhrəmanı aktyor Uill Ferrell canlandıracaq.
Hollivudun istehsal edəcəyi filmin rejissoru hələlik dəqiqləşməyib. Mayk Rosolio tərəfindən qələmə alınan ssenari Hollivudun hələ ekranlaşdırılmayan ən maraqlı layihələrindən sayılır.
Qeyd edək ki, ABŞ-ın 40-cı prezidenti olan Ronald Reyqan 1981-1989-cu illərdə hakimiyyətdə olub. O, siyasətə gəlmədən öncə, aktyor kimi fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB