“Şanlı güclü ordumuz” adlı tədbir keçirilib FOTOLAR

Sumqayıt Şəhər Mədəniyyət evi C.Cabbarlı adına Mədəniyyət evi ilə birgə gənclər arasında vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə "Şanlı güclü ordumuz" adlı tədbir keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə şair Əşrəf Veysəlli, yazıçı Almaz Əliyeva, Gözdən Əlillər Cəmiyyəti Sumqayıt bölməsinin sədr müavini İlham Səməd, "Təhsil yollarında" beynəlxalq ictimai siyasi hüquq qəzetinin baş redaktoru Elman Nurəddin oğlu, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova və başqaları iştirak ediblər.

Onlar öz çıxışlarında vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin fədakarlığından söz açaraq bildiriblər ki, Azərbaycan xalqı onları heç zaman unutmayacaq və torpaqlarımız məhz ordumuzun cəsur əsgər və zabitlərinin sayəsində işğaldan azad olunacaq.

Tədbir müğənnilər Allahverdi Xəyal, Pənah Məmmədov, Kamil Ağazadə, Günay Sadıqovanın ifasında vətənpərvər ruhlu mahnılar, eləcə də meyxanaçılar Məhəmməd Fəda, Elnur Ağdamlının ifasında "Əsgər marşı" ilə davam edib.

Qeyd edək ki, tədbirdə hər iki mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin vətəpərvərlik mövzusunda çəkdikləri rəsm əsərləri, o cümlədən, 4 saylı Gənclər kitabxanası tərəfindən təşkil edilmiş "Qəhrəmanlıq zirvəsinə ucalanlar" adlı kitab sərgisi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...