YUĞ Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə Dərbənddə yerləşən Azərbaycan Dövlət Dram Teatrında "Danabaşlar" adlı yeni tamaşa hazırlayır. SİA-nın verdiyi xəbərə görə, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", "Danabaş kəndinin əhvalatları" povestləri, "Poçt qutusu", "Lal" hekayələri və digər əsərlər əsasında səhnələşdirilən tamaşanın quruluşçu rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur. Səhnə əsərində teatrın, demək olar ki, bütün yaradıcı heyəti iştirak edir.
Qeyd edək ki, hazırda məşqləri gedən tamaşanın premyerası iyunun əvvəllərində gerçəkləşəcək.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB