"Eurovision"dan ermənilərə zərbə Bayrağa qadağa-FOTO

"Eurovision"dan ermənilərə zərbə Bayrağa qadağa-FOTO

"Eurovision" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları bu ilin bayraq siyasətini açıqlayıblar. SİA-nın məlumatına görə, Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlayıb.

Siyahıya İspaniyanın basklar yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqları yer alıb.

Qeyd edək ki, "Eurovision-2016" müsabiqəsinin yarımfinal və final mərhələsi mayın əvvəlində İsveçdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə