İran Universitetinin prorektoru muzeyin qonağı olub FOTOLAR

İran Universitetinin prorektoru muzeyin qonağı olub FOTOLAR

İran Pəyamnur Universitetinin tədris üzrə prorektoru Seyid Əli Göreşian və Universitetin əməkdaşı Simin Zahid Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşılayaraq Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən ekspozisiya ilə tanış edib. Sonra hər iki müəssisə arasında elm və təhsil sahəsində sıx əməkdaşlıq və dostluq əlaqələrindən danışılıb. Danışıqlar zamanı siyasi məsələlərə də toxunulub, Dağlıq Qarabağ problemi və Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub. Bütün dünyanın diqqət mərkəzində olan Qarabağ münaqişəsi ilə bağlı iranlı alim öz fikirlərini Nailə Vəlixanlı ilə bölüşüb.

Direktor son zamanlar ölkəmizdə baş vermiş hadisələrin ilkin səbəblərini tarixi sənədlərə istinad edərək faktlarla iranlı alimin nəzərinə çatdırıb.

Görüş zamanı, həmçinin, Azərbaycan və İran dövlətləri arasındakı mədəniyyət və dini yaxınlıqdan söhbət açılıb.

Sonda Muzey rəhbərliyi tərəfindən qonaqlara məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunan kitab-albom və "Muzeyin inciləri" adlı kataloq hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə