“Ağ ölümə qarşı birləşək!”

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Ağ ölümə qarşı birləşək!" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Məmmədova Pərvanə narkomaniyaya qarşı maarifləndirmə və mübarizəyə həsr olunmuş mühazirə ilə çıxış edib.

Mühazirə zamanı mövzuya uyğun olaraq, muzey tərəfindən hazırlanmış video-çarxlar nümayiş olunub.

Sonra mühazirəçi tədbir iştirakaçılarını maraqlandıran sualları cavablandırıb.

Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi çərçivəsində gerçəkləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə