ABŞ-ın keçmiş agenti Snouden haqqında film çəkilib

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, ABŞ və Böyük Britaniya hökumətinin üst-gizli kütləvi nəzarət proqramlarının detallarını mətbuatla paylaşan kompüter mütəxəssisi Edvard Snouden haqqında çəkilən filmin ilk treyleri yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollivud rejissoru Oliver Stounun lentə aldığı "Snouden" filmi Edvardın hələ agent işləmədiyi vaxtdan, iki ölkə haqqındakı gizli məlumatları ifşa etdiyi zamana qədərki məqamları əks etdirir.

Ekran əsərində Snoudeni aktyor Jozef Qordon-Levitt, onun rəfiqəsini isə aktrisa Şeynlin Vudli canlandırıb.

Rejisorun sözlərinə görə, "siyasi triller" janrlı filmin premyerası sentyabrın 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Edvard Snouden əlində olan gizli məlumatları 2013-cü ilin iyun ayında "Washington Post" və "Guardian" qəzetlərinə verməklə, hər iki ölkənin siyasi gündəmini alt-üst etmişdir. Bu hadisədən sonra o, Honkonqa, oradan isə Moskvaya getmişdir. Rusiya hökuməti Edvarda ABŞ-a qarşı heç bir əks addım atmaması şərti ilə, bir il müddətində ölkədə müvəqqəti məskunlaşma hüququ vermişdir.

https://youtu.be/QlSAiI3xMh4

Bütün xəbərlər Facebook səhifəmizdə