"Türk dünyasının mədəniyyət paytaxtı-Şəki 2016”nın açılışı olacaq
Məlumat verdiyimiz kimi, ötən ilin noyabr ayında Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısının qərarına əsasən, Şəki "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə, aprelin 28-də Şəkidə Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mədəniyyət paytaxtı layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Moldovanı təmsil edən rəsmi şəxslər və yaradıcı kollektivlərin ölkəmizə səfər etmələri nəzərdə tutulub.
Qeyd edək ki, Şəkinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi ilə əlaqədar olaraq, TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən birgə tədbirlər planı hazırlanıb. "Mədəniyyət paytaxtı" çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının gerçəkləşdirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB