“Aida” Azərbaycan və Gürcüstan solistlərinin təqdimatında

“Aida” Azərbaycan və Gürcüstan solistlərinin təqdimatında

Azərbaycan Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı C.Verdinin "Aida" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 7-də göstəriləcək tamaşada Aidanın partiyasını ilk dəfə əməkdar artist İlahə Əfəndiyeva ifa edəcək.

Teatrın gənc və istedadlı solisti Nina Makarova isə bu tamaşada ilk dəfə Amneris rolunda səhnəyə çıxacaq. Digər əsas partiyalarda xalq artisti Əli Əsgərov, əməkdar artistlər Gülnaz İsmayılova və Əkrəm Poladov çıxış edəcəklər.

Tamaşada həmçinin, Gürcüstanın xalq artisti Teymuraz Ququşvili Radames partiyasını, Gürcüstanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sulxan Qvelesiani isə Amonasro rolunu canlandıracaq.

Qeyd edək ki, səhnə əsərini Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru, dirijorların beynəlxalq müsabiqələr laureatı Vyaçeslav Voliç idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə