Teatrda İran səfirliyinin nümayəndələri ilə görüş olub FOTOLAR
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi və müavini Əlrza Behbudi Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, doktor Seyid İbrahim İbrahimi və müavini Əlrza Behbudini Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub. Əliqismət Lalayev ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan mədəniyyətinin, teatr sənətinin dünyada tanıdılması və təbliği üçün çox mühüm və vacib işlər gördüyünü vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonaqların diqqətinə çatdırılıb.
Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi və müavini Əlrza Behbudi Dövlət Musiqili Teatrının binası ilə, ölkə başçısının Sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış komfort şəraitlə tanış olublar. Doktor S. İ. İbrahimi Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin çox bənzərsiz və yüksək səviyyədə olduğunu söyləyib: "Sizin teatrınız çox möhtəşəm və əzəmətli bir binaya malikdir. Bu, dövlətinizin teatra, sənətə, ümumilikdə, mədəniyyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".
Sonda bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi rol oynadığı qeyd olunub.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB