Rejissor Fəcr Film Festivalının qalibi oldu

Türkiyəli rejissor Emin Alper İranın paytaxtı Tehranda keçirilən 34-cü Beynəlxalq Fəcr Film Festivalının qalibi olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, "Abluka" filmi ilə festivalın "Ən yaxşı rejissor" nominasiyasına layiq görülüb.

Festivalın mükafatlandırma mərasimi Tehranın Vəhdət salonunda keçirilib. Müsabiqədə 49 ölkədən 64 film mübarizə aparıb.

Qeyd edək ki, ötən il gerçəkləşən 33-cü Beynəlxalq Fəcr Film Festivalının qalibi isə türkiyəli rejissor Faruk Hacıhafızoğlu olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə