Muğam ustaları forum nümayəndələrinə konsert verib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün konsert proqramı ilə çıxış ediblər. SiA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə xalq artisti Alim Qasımov qonaqları salamlayaraq, onları Bakıda görməkdən məmnun olduğunu ifadə edib.

Daha sonra Alim Qasımov və Fərqanə Qasımova muğam, xalq mahnıları və təsniflərdən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.

Muğam ustalarının çıxışları qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə