28 ölkə “Slavyan bazarı Vitebskdə” yarışacaq

Belarusiya "Slavyan bazarı Vitebskdə" XXV Beynəlxalq İncəsənət Festivalına hazırlaşır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 28 ölkənin qatılacağı festival 14 iyulda başlayacaq və 18 iyula kimi davam edəcək.

Layihənin direktoru Aleksandr Sidorenkonun sözlərinə görə, əsasən, estrada və uşaq musiqilərinin yarışdığı müsabiqəyə maraq ötən ilə nisbətən, daha da artıb. O,qeyd edib ki, festivala yeni qatılan ölkələr arasında Argentina və Kolumbiya da yer alıb.

Yay amfitetarında baş tutacaq festival çərçivəsində 17 konsert verilməsi planlaşdırılır. Yaponiya, Kipr, Qatar, BƏƏ-dən olan vətəndaşlar konsertdə tamaşaçı qismində iştirak etmək üçün bilet əldə etməyə başlayıblar.

Qeyd edək ki, festivalın davam edəcəyi müddətdə həmçinin, Belarusiyanın mədəniyyətinin, ədəbiyyatının təbliği məqsədilə, bir sıra teatr tamaşaları və sərgilər nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə