Moskva Satira Teatrının tanınmış aktrisası, xalq artisti Nina Arxipova 95 yaşında dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Satira tetarının direktoru Məmməd Ağayev bildirib ki, mərhumla vida mərasimi aprelin 27-də 65 il çalışdığı teatrda keçiriləcək.

O, həyat yoldaşı Georgiy Menqletin yanında dəfn olunacaq.

Qeyd edək ki, Nina Arxipova teatr səhnəsində 100-dən çox tamaşada rol alıb. Onun məşhurluq gətirən tamaşa isə 1974-cü ildə rol aldığı "Oyan və oxu" televiziya tamaşası olub.

Aktrisa təkcə teatrda deyil, eyni zamanda, kinematoqrafiyada da yaddaqalan obrazlar yaradıb. O, "Bizim ürəklər" (1946), "Teleqram" (1971), "Ah, bu Nastya" (1971), "Günəşdən usanmışlar" (1994) kimi filmlərdə özünün aktyorluq potensialını sübut etməyə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə