Rusiyanın NTV telekalında yayımlanan "Поедем, поедим!" verilişinin növbəti buraxılışı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizə həsr olunub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, verilişin aparıcısı Con Uorren neft vannası qəbul edib və əcəbsandal hazırlayıb.
Çəkilişlər Bakıda Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin, Gəncə, Naftalan və Göygöl rayonunda aparılıb.
Qeyd edək ki, Nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı, müxtəlif ölkələrin nüfuzlu telekanallarında tanıtım filmləri, verilişlər yayımlanır.
Verilişə aşağıdakı link vasitəsilə baxmaq mümkündür:
https://www.youtube.com/watch?v=EyCw5rA9r3o
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB